Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün bu gün Bakıya səfər edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avropa Komissiyası yayıb.
“Rusiyanın enerji təchizatını silahlandırmaqda davam etdiyi bir şəraitdə bizim enerji idxalımızın şaxələndirilməsi Aİ üçün prioritet məsələdir. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək üçün bu gün Azərbaycanda olacaqlar”, deyə mesajda deyilir.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər planlaşdırılıb.
Bizim.Media
![Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün AZƏRBAYCANDA olacaq Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün AZƏRBAYCANDA olacaq](https://bizim.media/file/articles/2022/07/17/1658087709_foto.png)
- A-
- A
- A+
Siyasət
00:01 / 18.07.2022
Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün AZƏRBAYCANDA olacaq
Hazırda oxunan: Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün AZƏRBAYCANDA olacaq
Hazırda oxunan: Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün AZƏRBAYCANDA olacaq
84145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.