Qubada qəzada ölən və yaralanan sərnişinlərin kimliyi açıqlandı

Qubada qəzada ölən və yaralanan sərnişinlərin kimliyi açıqlandı

Hazırda oxunan: Qubada qəzada ölən və yaralanan sərnişinlərin kimliyi açıqlandı

84125

Qubada dərəyə yuvarlanan "UAZ" markalı avtomaşında ölən sərnişinin kimliyi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaltan kənd sakini Akif İmamverdiyevin idarə etdiyi "UAZ" marrkalı avtomaşının aşması nəticəsində Çarxaçu kənd sakini, 40 yaşlı Məxvurə Saday qızı Qayibova ölüb, Nütəh kənd sakini, 33 yaşlı Sahibə Akif qızı Sultanova və dünyasını dəyişən qadının oğlu ağır yaralanıb.

MÖVZU İLƏ BAĞLI:

Qubada "UAZ" aşdı – 1 ölü, 2 yaralı var


Onlar təcili tibbi yardım avtomobili ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləti kritikdir.

Qəzaya ilkin səbəb kimi "UAZ"ın maili yolda idarəetməni itirdiyindən dərəyə yuvarlanması nəticəsində baş verdiyi deyilir.

Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO