Bələdiyyə başçısı içkili vəziyyətdə Sibel Canın konsertində dava saldı - FOTO/VİDEO

Bələdiyyə başçısı içkili vəziyyətdə Sibel Canın konsertində dava saldı - FOTO/VİDEO

Hazırda oxunan: Bələdiyyə başçısı içkili vəziyyətdə Sibel Canın konsertində dava saldı - FOTO/VİDEO

84105

Balıkesirdə səhnəyə çıxan məşhur sənətçi Sibel Can xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Edremit mahalının Altınoluk mahalına planlaşdırılan konsertə gedən Edremit Bələdiyyə Başçısı, CHP-li Hesen Arslan Sibel Cana "təşəkkür" üçün getmək istədiyini bildirib.

Lakin onun içkili olduğu üzə çıxdıqdan sonra təhlükəsizlik işçiləri Həsəni səhnəyə buraxmayıblar.

Məşhur sənətçinin yanına gedə bilməyən Həsən "cin atına" minərək özündən çıxıb.

Nəticədə konsertdə qısa müddətli əlbəyaxa dava yaşanıb. Bundan sonra Sibel Canın çıxışı dayandırılıb.

Tamaşaçıların sərt reaksiyasından sonra Başçı Arslan hadisə yerindən ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra sənətçinin konserti qaldığı yerdən davam edib.

Rəşad Əliyev, Bizim.Media

 

 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO