“Rusiya ilə döyüşməyə hazırıq” – Britaniyalı KOMANDAN

“Rusiya ilə döyüşməyə hazırıq” – Britaniyalı KOMANDAN

Hazırda oxunan: “Rusiya ilə döyüşməyə hazırıq” – Britaniyalı KOMANDAN

84056

Rusiya Federasiyası Londona və ya NATO üzvü olan dövlətlərdən birinə hücum edərsə, Britaniya Rusiya ilə döyüşməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin komandanı Mayk Uinqston Sky News telekanalında bildirib.

Onun sözlərinə görə, Britaniya tərəfdaşları ilə birlikdə hər gün belə bir ssenariyə hazırlaşır:

"Mənim üçün heç bir şübhə yoxdur ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyi üçün ən aktual təhdiddir. Onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətlərinə baxın. Hazır olmaq üçün hər gün məşq edirik. Ancaq ümid edirik ki, iş bu həddə çatmayacaq, lakin Rusiyanın bir NATO dövlətinə təcavüz edəcəyi gün gəlsə, biz hazır olacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO