Ceyhun Bayramov Tbilisidə Ararat Mirzoyanla nəyi müzakirə edəcək? – ƏSAS MÖVZU

Ceyhun Bayramov Tbilisidə Ararat Mirzoyanla nəyi müzakirə edəcək? – ƏSAS MÖVZU

Hazırda oxunan: Ceyhun Bayramov Tbilisidə Ararat Mirzoyanla nəyi müzakirə edəcək? – ƏSAS MÖVZU

83958

Xarici işlər naziri Ceyhun Bayramov bu gün işgüzar səfərlə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Azərbaycanlı nazir Gürcüstanın Baş naziri, xarici işlər naziri və Ermənistanın xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. 

Təbii ki, bu görüşlər arasında erməni nazirlə görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki, Tbilisi görüşü 10 noyabr bəyanatından sonra XİN başçıları arasında ilk görüş olacaq. Və bu görüşdə müzakirəsi vacib olan kifayət qədər mövzular var.

Nəzərə alaq ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri bir neçə dəfə görüşüb. Müəyyən razılıqlara gəlinib. Lakin, həmin görüşlərdə əldə edilən razılaşmaların icrası üçün Ermənistan höküməti bir qayda olaraq passiv mövqe nümayiş etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşmək üçün Gürcüstandadır - YENİLƏNİB 


Bu da iki ölkə arasında bağlanacaq sülh sazişini ləngidir və Cənubi Qafqazda davamlı sülhə təhlükə yaradır. Ona görə də Tbilisi görüşünün xeyli maraqlı və gərgin keçəcəyi gözlənilir.

Məsələ ilə bağlı tanınmış politoloq Fikrət Sadıqovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, əsas müzakirə mövzusu 10 noyabr sülh anlaşmasının icra məsələsidir.

Bildiyimiz kimi, Ermənistan tərəfi bu anlaşmanın tələblərini hələ də yerinə yetirməyib:

“Nə Naxçıvana dəhliz açılıb, nə sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırılıb, nə də ki, Qarabağdan erməni silahlı birləşmələri çıxarılmayıb. Baxmayaraq ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ən əsası ermənilər üçün Laçın dəhlizini açıb. Ona görə də Tbilisi görüşündə müzakirə ediləcək çox ciddi və böyük məsələlər var. Əgər bu görüş uğurlu keçsə, ən azından Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırar və konkret işə keçilər”.

Qeyd edək ki, Rusiya-Azərbaycan-Ermənistan arasında 3 tərəfli işçi qrupu 2021-ci ilin aprelində işə başlamalıydı. Amma Erməni tərəfinin məsuliyyətsizliyi və bəhanələri üzündən işçi qrupu hələ də fəaliyyətə başlamayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO