"Gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir" - İlham Əliyev

Hazırda oxunan: "Gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir" - İlham Əliyev

83916

"Gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən söyləyib.

"Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək", - Azərbaycan Prezidenti deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident taxıl qıtlığından danışdı - PROQRAM HAZIRLANIB


"Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır", - dövlət başçısı vurğulayıb.

“Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın”, - Azərbaycan Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO