Dekabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 31 nəfər müraciət edib.
Bunu Bizim.Media saytına açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib:
“Müraciət edən 31 nəfərin 20-si xəstəxanaya yerləşdirilib. Onlardan ikisi azyaşlıdır. Müraciət edənlər sağalaraq evə buraxılıb. Ölüm halı baş verməyib. Yanvar ayında isə Mərkəzin Toksikologiya şöbəsinə 11 nəfər müraciət edib. Onlara ilkin tibbi yardım göstərilərək, evə buraxılıb”.
Hüquq mühafizə orqanlarının yaydığı məlumata görə, yanvarın 1-dən bu günədək dəm qazından 3 ölüm hadisəsi yaşanıb.
Yanvarın 3-də Sumqayıt şəhərində dəm qazı 74 yaşlı qadının ölümünə səbəb olub. Hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb. 1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından dünyasını dəyişib.
Yanvarın 7-də Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yaşayan Məhərrəm Rəhmanov hamamda çimərkən dünyasını dəyişib. M.Rəhmanovun dəm qazından boğularaq öldüyü ehtimal edilir. Onun meyiti ekspertiza edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə aparılıb.
Yanvarın 11-də Abşeron rayonu ərazisində kirayədə yaşayan 3 nəfər evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Belə ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 13.01.2021
Azərbaycanda “səssiz ölüm” nə qədər can alıb? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda “səssiz ölüm” nə qədər can alıb? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda “səssiz ölüm” nə qədər can alıb? – RƏSMİ
8375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.