Xırdalanda

Xırdalanda "Azərsu"nun sayğacları OĞURLANDI

Hazırda oxunan: Xırdalanda "Azərsu"nun sayğacları OĞURLANDI

83747

Abşeronda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Sukanal İdarəsi qarət olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO