Ermənilərdən daha bir İDDİA: “Erməni soyqrımını törədənlər yəhudilər olub” - VİDEO

Ermənilərdən daha bir İDDİA: “Erməni soyqrımını törədənlər yəhudilər olub” - VİDEO

Hazırda oxunan: Ermənilərdən daha bir İDDİA: “Erməni soyqrımını törədənlər yəhudilər olub” - VİDEO

83722

Ermənilər dünyanın ən antisemit cəmiyyətlərdən biridir. Onlar ağıllarına gələn hər şeyi danışır, onları inkar edən hər bir xalqı insanlığın düşməni elan edirlər. Təsadüfi deyil ki, son vaxtlar erməni millətçiləri saxta erməni soyqırımı nağılına yəhudiləri də daxil edib.

Çox təəssüf ki, Qərb dövlətləri ermənilərin uydurduqları bu nağılları əsas gətirərək zaman-zaman Türkiyəyə təzyiq ediblər.

Bizim.Media xəbər verir ki, bu yaxınlarda ermənilər sosial şəbəkələrdə bir məlumat paylaşıblar. Məlumatda deyilir ki, İrəvanda yeni bir qurum təsis olunub. Qurumun adı Ermənistanın Milli Maraqlarının Müdafiəsi Hərəkatıdır. 

Hərəkatın fəallarından biri deyir ki, “Yəhidilər hər zaman qızışdırıcı mövqe tutduqları üçün Hitler onları öldürməyi əmr edib.

Onların pulları da qana bulaşıb. Yəhudilər çox ziyankar xalq olublar. Əgər onlar özlərini yaxşı aparsa bizim onlarla heç bir işimiz yoxdur. Yox. əgər onlar araqarışdırmaqla, qızışdırıcılıqla məşğul olsalar, bizə cavab verməli olacaqlar”.

Erməni millətçisi daha sonra əlavə edib ki, “1915-ci ildə Türkiyədə erməni soyqrımını törədənlər də yəhudilər olub. Pantürklərin başçıları hər zaman yəhudilər olub. Ənvər paşa, Tələt paşa bunlar yəhudilərin sadəcə dediklərini icra ediblər”.
Erməni səsrsəmləməsi ilə dolu həmin videonu təqdim edirik:

Surxay Atakişiyev. Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO