Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü 

Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü 

Hazırda oxunan: Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü 

83719

Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb. 

Bizim.Media bu barədə Xocavənd Rayon Prokurorluğuna istinadən xəbər verir. 

Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 

Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO