Eldar Namazov “DÜZDANIŞAQ”-da hansı həqiqətləri açdı? - VİDEO

Eldar Namazov “DÜZDANIŞAQ”-da hansı həqiqətləri açdı? - VİDEO

Hazırda oxunan: Eldar Namazov “DÜZDANIŞAQ”-da hansı həqiqətləri açdı? - VİDEO

8359

“İndi alınan nəticəni tənqid etmək çox asandır. Amma 10 noyabrda imzalanan üçtərəfli saziş və onun şərtləri ən optimal variant idi. Azərbaycan bu münaqişəni 90 faiz hərb yolu ilə həll edib”.

Politoloq Eldar Namazov bu fikirləri Vaşinqtonda yaşayan həmyerlimiz İsmayıl Cəlilovun “”DÜZDANIŞAQ” videoformatında Moskvada keçirilən üçtərəfli görüş haqqında danışarkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni jurnalist: “Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq” - VİDEO


Müsahibə zamanı maraqlı məqamlara toxunan E.Namazov bildirib ki, post sovet dövründə bir çox keçmiş ittifaq ölkələrində konfliktlər hökm sürürdü. Onun sözlərinə görə, dondurulmuş konfliktlərindən ən tez həllini tapan da Qarabağ münaqişəsi olub.

“44 günlük müharibədən sonra, konflikt masa arxasında müzakirələr mərhələsinə keçdi. Konflikt ərzində BMT-nin fəaliyyətsizliyindən isə danışmağa dəyməz, bu hamıya məlumdur”.

Söhbət zamanı Eldar Namazov Ermənistanın kaputulasiyaya imza atmasından, Qarabağda fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətindən, Qarabağ müharibəsi zamanı Türkiyə və Rusiyanın rolu barədə məsələlərə də toxunub.

O, bildirib ki, Azərbaycan münaqişənin həllinin 90 faizini hərbi yolla əldə edib. 

Bundan başqa politoloq, qaçqınların azad olunmuş ərazilərə qayıdışından, Ermənistan Rusiya və iran münasibətlərindən də danışıb. O, müharibədən sonra  ermənilərin Qarabağda törətdikləri təxribatlardan, bunun 3-cü Qarabağ müharibəsinə təkan verib – verməyəcəyindən də söhbət açıb.

Sözügedən maraqlı videomüsahibəni təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO