“Erməni diasporu Ankara-İrəvan normallaşmasına maneə törədir” – DETALLAR  

“Erməni diasporu Ankara-İrəvan normallaşmasına maneə törədir” – DETALLAR  

Hazırda oxunan: “Erməni diasporu Ankara-İrəvan normallaşmasına maneə törədir” – DETALLAR  

83383

Türkiyə Ermənistana Ankara və ya İrəvanda növbəti normallaşma görüşünü keçirməyi təklif edib, lakin indiyədək heç bir cavab verilməyib.  

Bizim.Media xəbər verir ki, bu barədə “news.am” nəşri məlumatlı mənbəyə istinadən xəbər verib.  

“Əgər söhbət iki ölkə arasında münasibətlərin normallaşması prosesindən gedirsə, danışıqların üçüncü dövlətlərin, qüvvələrin iştirakı olmadan baş tutması məntiqli olardı. Biz Ankara və ya İrəvanda görüş keçirməyi təklif etmişik, lakin hələ ki, cavab almamışıq”, - agentliyin həmsöhbəti bildirib.  

Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir:  

“Bəzi hallarda proses sabotaj edilir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO