Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan prezidenti koronavirusu ağır keçirir
Bildirilib ki, yeni koronavirus növünə yoluxan və evdə müalicə alan Armen Sarkisyan artıq xəstəxanaya aparılıb.
"Xəstəlik hələ də ağır mərhələdədir. Prezidentdə koronavirusa xas simptomlar - yüksək hərarət və ikitərəfli sətəlcəm var",- deyə məlumatda qeyd edilib.
Bizim.Media