Bakıda polis əməkdaşları sükan arxasında huşunu itirən sürücünün həyatını xilas ediblər.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxsi sosial şəbəkə hesabında görüntülərlə bağlı paylaşım edib.
Qurum rəsmisinin sözlərinə görə, fədakarlıqlarına görə hər iki əməkdaş mükafatlandırılacaq.
Qeyd edək ki, görüntülərdə hərəkətdə olan avtomobildə sükan arxasındakı sürücü bilinməyən səbəbdən huşunu itirib.
Bu zaman hadisə yerində olan Post Patrul Xidmətinin əməkdaşı qaçaraq dərhal avtomobili saxlayır və yarana biləcək böyük təhlükənin qarşısını alır.
Həmin görüntüləri təqdim edirik:
Səkinə Yusiblii, Bizim.Media