Balakəndə selə qarşı hansı tədbirlər görülür?

Balakəndə selə qarşı hansı tədbirlər görülür?

Hazırda oxunan: Balakəndə selə qarşı hansı tədbirlər görülür?

83256

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatında bildirilir.

"2022-ci ilin 5 ayı ərzində daş-beton bəndlərdə Balakən rayonun ərazisinin mühafizəsi üçün 200 kubmetr həcmində cari təmir işləri yekunlaşıb. əlavə olaraq şəhər ərazisi üçün 1 300 kubmetr, Salban kəndini müdafiəsi üçün isə 700 kubmetr həcmində cari təmir işləri üçün hazırlıq işlərinə başlanıb", - ASC qeyd edir.
Məlumata görə, əlavə olaraq isə suvarmada su itkisinin qarşısının alınması və səmərəliliyin artırılması məqsədilə 3 km uzunluğunda torpaq məcralı kanalın beton üzlüyə alınması işləri üçün hazırlıqlara başlanılıb.

Hazırda idarənin texnikaları vasitəsilə Balakən çayda məcra təmizləmə işləri davam edir. Görülən işlər ətraf əraziləri sel sularından mühafizə edir.

Balakəndə suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu və eləcədə 90 artezian quyusu ilə aparılır.

Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Rayonda 209 km uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 km təsərrüfat arası kanallar, 169 km isə təsərrüfat daxili kanallardır.

2022-ci ilin yanvar ayından etibarən suvarmaya hazırlıqla əlaqədar kanallarda 113 min kubmetrdən artıq həcmdə təmizləmə işləri aparılıb. Bundan əlavə əhalinin suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusundan 3-ü artıq qazılaraq istifadəyə verilib, 8 ədəd yeni quyunun qazılması üçün isə ərazilərə baxış keçirilərək layihələndirilib.

Qeyd edilir ki, rayonda kin sahələrini suvarma suyu ilə təmin edən idarənin balansında 8 400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2 252 hektar əkin sahəsi, 3778 hektarı həyətyanı sahə və 2 370 hektarı çoxillik əkmələrdir.
Xatırladaq ki, Balakən rayonu ölkənin sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti, Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbulçay, İnterçay və.s dağ çaylarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO