Bu ərazidə yeni parklanma sahələri yaradılır

Bu ərazidə yeni parklanma sahələri yaradılır

Hazırda oxunan: Bu ərazidə yeni parklanma sahələri yaradılır

8322

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir.

Məlumata görə, parklanma yerlərindən biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

Qeyd olunur ki, müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub.

Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.

Parklanma xidmətlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Əmlak" MMC göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO