Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası tviterdə məlumat yayıb.
Bildirilib ki, Türkiyənin dövlət başçısına zəng edən İsrailin Baş naziri onu Qurban bayramı münasibətilə təbrik edib.
Eyni zamanda Ərdoğan Lapidi Baş nazir vəzifəsinə keçməsi ilə bağlı təbrik edib.
Məlumata görə, telefon danışığında ikitərəfli münasibətlər və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
22:39 / 10.07.2022
Ərdoğan İsrailin Baş naziri ilə telefonla danışdı
Hazırda oxunan: Ərdoğan İsrailin Baş naziri ilə telefonla danışdı
Hazırda oxunan: Ərdoğan İsrailin Baş naziri ilə telefonla danışdı
83217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.