Xəstəxanada dava salan şəxs pəncərəni sındırdı - FOTO

Xəstəxanada dava salan şəxs pəncərəni sındırdı - FOTO

Hazırda oxunan: Xəstəxanada dava salan şəxs pəncərəni sındırdı - FOTO

83136

Ağdamda xəstəxanaya gələn xəstə pəncərəsinin şüşəsini sındırıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasının binasında baş verib.

Xəstəxanadan verilən məlumata görə, pəncərənin şüşəsini sındıran rayon sakini 1993-cü il təvəllüdlü Əhmədli Aqil Naqil oğludur.

A.Əhmədli yaşadığı ünvana təcili tibbi yardım bölməsini çağırıb. Çağırış yerinə gedən təcilli tibbi yardım əməkdaşlarını görən A.Əhmədli onlarla mübahisə edib. Təcili yardım əməkdaşları A.Əhmədlini Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.

Xəstəxanaya çatdırılan A.Əhmədli binadakı pəncərənin şüşəsini sındırıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO