Mirzoyandan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıyla bağlı AÇIQLAMA 

Mirzoyandan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıyla bağlı AÇIQLAMA 

Hazırda oxunan: Mirzoyandan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıyla bağlı AÇIQLAMA 

83072

Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib. 

O, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb:  

“Bu görüş zamanı tərəflər ilkin şərt olmadan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesinin davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”. 
“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, - Mirzoyan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO