Estoniya Baş naziri istefa verdi - Korrupsiya qalmaqalı

Estoniya Baş naziri istefa verdi - Korrupsiya qalmaqalı

Hazırda oxunan: Estoniya Baş naziri istefa verdi - Korrupsiya qalmaqalı

8302

Estoniya Baş naziri Juri Ratas korrupsiya qalmaqalı səbəbiylə istefa edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

“Siyasətdə mürəkkəb məsələləri həll etmək üçün çox çətin seçimlər etməlisən. Mövcud dəyərlərə əsaslanaraq, Estoniya Respublikasının Baş naziri vəzifəsindən istefa etməyə qərar verdim” deyib siyasətçi.

Belə qərarın Mərkəz Partiyasının idarə heyəti və həmkarları ilə məsləhətləşmələrdən sonra verildiyi qeyd olunur.

Ratas əlavə edib ki, problemin həlli üçün ona bir neçə təklif irəli sürülüb, ancaq o, bunların içərisindən ən doğrusunu seçib.

Estoniyada korrupsiya qalmaqalı “Porto Franco” əmlakına görə dövlət tərəfindən verilən kredit ilə əlaqələndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO