Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
Bizim.Media-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də yazıb.
"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək",- deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, bu gün İslamabadda Azərbaycan Türkiyə və Pakistan XİN başçılarının görüşü keçiriləcək.
Tərəflər neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:53 / 13.01.2021
Ceyhun Bayramov Pakistana getdi - Üçtərəfli görüş keçiriləcək
Hazırda oxunan: Ceyhun Bayramov Pakistana getdi - Üçtərəfli görüş keçiriləcək
Hazırda oxunan: Ceyhun Bayramov Pakistana getdi - Üçtərəfli görüş keçiriləcək
8295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.