"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri məlum oldu

Hazırda oxunan: "Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri məlum oldu

82832

Futzal üzrə ölkə birinciliyinin qalibi "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, mübarizəyə əsas mərhələdən start götürəcək Joze Alesionun komandası B yolunda yarışacaq.

Təmsilçimiz burada 5-ci qrupunda olacaq. “Araz Naxçıvan”ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq. Qrup oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Qeyd edək ki, əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO