Bred Pitt nadir xəstəliyə tutulub?

Bred Pitt nadir xəstəliyə tutulub?

Hazırda oxunan: Bred Pitt nadir xəstəliyə tutulub?

82808

Hollivud aktyoru Bred Pitt nadir xəstəliyə tutulub. 

Bizim.Media xəbər verir ki, 58 yaşlı aktyor özü özünə diaqnoz qoyub. Bred etiraf edib ki, o, insanların üzlərini çətinliklə xatırlayıb tanıya bilir.  

Bu xəstəliyə isə prosopaqnoziya və ya sadəcə olaraq üz korluğu deyilir. 

Hollivud aktyoru şənliklərdə və ya tədbirlərdə insanların üzlərini xatırlamağa çalışır, lakin cəhdlər həmişə uğurlu olmur. Bredin sözlərinə görə, o, bundan utanır, çünki belə bir xüsusiyyət onda müəyyən təəssürat yaradır və nəticədə özünə qapanır.
B.Pitt gileylənib ki, həqiqətən də heç kim onun belə bir xəstəlikdən əziyyət çəkə biləcəyinə inanmır və sadəcə onun hərəkətini nəzakətsiz hesab edirlər.  

Rəsmi olaraq Pittə belə diaqnoz qoyulmayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO