Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasinin sonuncu kurs tələbəsi Lamiə Hidayətovaya Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə qəbul təklifi gəlib.
Bizim.Media xəbər verir ki, BMU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, iki xarici ölkənin ali təhsil müəssisəsi arasında seçimini edən L.Hidayətova təhsilini Oklahoma Universitetində Kimya və biokimya (Chemistry and Biochemistry) ixtisası üzrə doktorantura pilləsində davam etdirəcək.
Onun bu universitetdən qazandığı təqaüdün məbləği 40 min ABŞ dolları təşkil edir.
Bununla yanaşı, L.Hidayətova həmin universitetdə ilk il müəllim köməkçisi (teaching assistant), növbəti illərdə isə elmi işçi (research assistant) vəzifələrində çalışacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 07.07.2022
Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetini qazandı
Hazırda oxunan: Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetini qazandı
Hazırda oxunan: Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetini qazandı
82784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.