Sabah külək əsəcək - PROQNOZ 

Sabah külək əsəcək - PROQNOZ 

Hazırda oxunan: Sabah külək əsəcək - PROQNOZ 

82746

İyulun 8-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO