“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası sadə proses olmayacaq” – XİN rəhbəri 

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası sadə proses olmayacaq” – XİN rəhbəri 

Hazırda oxunan: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası sadə proses olmayacaq” – XİN rəhbəri 

82728

Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyaların formalaşdırılması özlüyündə mürəkkəb proses idi. Ermənistanın ilkin şərtləri var idi. Onlar de-eskalasiya ilə bağlı tədbirlər və Azərbaycan hərbçilərinin sərhədlərdən çəkilməsini tələb edirdilər. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 

“Ancaq Azərbaycan öz mövqeyini ortaya qoydu. Biz hesab edirik ki, öz sərhədlərimizdə durmuşuq və sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Bu prosesi mütəxəssislərin iştirakı ilə danışıqlar vasitəsilə tarixi, hüquqi sənədləri araşdırmaqla aparmaq lazımdır. 

Delimitasiya vaxt alan prosesdir. Buna hər hansı vaxt başlayıb və onu qısa zamanda tamamlamaq mümkün deyil. 

Azərbaycan və Ermənistan arasında münasibətləri nəzərə alsaq, bu sadə proses olmayacaq, həssas məqamlar olacaq. Ancaq hesab edirik ki, komissiyanın özü artıq irəliləyişdir. Artıq ilk görüş olub. Növbəti görüşlərin keçirilməsi istisna deyil”, - nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO