Pərvin Abıyeva deputatla sevgilidirmi?

Pərvin Abıyeva deputatla sevgilidirmi?

Hazırda oxunan: Pərvin Abıyeva deputatla sevgilidirmi?

82721

“Tik Tok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib.

Bizim.Media xəbər verir ki, millət vəkili haqqında yayılan məlumatların pərdəarxasını Yenisabah.az-a açıqlayıb.

O, bu məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirib:

“Bildiyiniz kimi qarşı tərəf (oxu: Pərvin Abıyeva) bu iddiaları cavablandırıb. Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaraguruhçuların ortaya atdığı əsassız iddialardır”.

Millət vəkili bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb: “Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir”.

Deputat bu kampaniyanın səbəbindən də danışıb:

“Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım həmin şəxsləri bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və blogerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO