Bu gün II qrupa qəbul imtahanı keçirilib - YENİLƏNİB

Bu gün II qrupa qəbul imtahanı keçirilib - YENİLƏNİB

Hazırda oxunan: Bu gün II qrupa qəbul imtahanı keçirilib - YENİLƏNİB

82691

İyulun 7-də DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi–müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

İmtahanda 15736 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 14 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (//t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

***

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bu gün eyni zamanda, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. 

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi–müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb. 
İmtahanda 15736 abituriyentin iştirakı nəzərdə tutulur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO