Özünü 12-ci imam kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevlə bağlı istintaq tamamlanıb.
Bizim.Media xəbər verir ki, onun dələduzluq əməlləri ilə bağlı materiallar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
MÖVZU İLƏ BAĞLI:
Özünü “12-ci İmam” kimi təqdim edən şəxslə bağlı SENSASİON FAKTLAR – RƏSMİ
Aqil Babayevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham elan olunub. Onunla bağlı istintaq 10 ay davam edib.
Bizim.Media