Gəncədə “Türkiyə-Azərbaycan Qardaşlıq gecəsi” keçirildi – FOTO 

Gəncədə “Türkiyə-Azərbaycan Qardaşlıq gecəsi” keçirildi – FOTO 

Hazırda oxunan: Gəncədə “Türkiyə-Azərbaycan Qardaşlıq gecəsi” keçirildi – FOTO 

82344

Gəncədə “Türkiyə-Azərbaycan Qardaşlıq gecəsi” adlı konsert proqramı keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, MGM Group və “HAKAS” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Konsertdə qonaq qismində Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak çıxış edib. Konsert proqramından əvvəl Uğur Işılak Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Niyazi Bayramov Uğur Işılakı salamlayaraq bildirib ki, Azərbaycan – Türkiyə münasibətləri tarixi köklərə və qardaşlığa söykənir. İki ölkə arasında bir çox sahədə, o cümlədən mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr mövcuddur.

Uğur Işılak öz növbəsində səmimi görüş üçün şəhər rəhbərinə dərin təşəkkürünü bildirib. Gəncə şəhərinə ilk səfəri olduğunu vurğulayan müğənni, burada konsert proqramı ilə çıxış edəcəyindən məmnunluq hissi duyduğunu söyləyib.

Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər.
Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş olunan rəqs proqramı isə tamaşaçıların zövqünə oxşayıb. Sonda sənətçi Gəncəlilərə göstərdikləri isti müansibətə və qonaqpərvərlikilərinə görə təşəkkürünü bildirib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO