İtkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

İtkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

Hazırda oxunan: İtkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

8232

Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, söhbət Masallının Ərkivan qəsəbə sakini 23 yaşlı Sənan Seyfullayevdən gedir.

Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Sənan Mətləb oğlu Seyfullayevin nəşi Masallı rayonuna aparılıb.

Şəhid doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Sənan Seyfullayev könüllü olaraq Vətən müharibəsində iştirak edib. O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO