"4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməlidir" – İlham Əliyev 

Hazırda oxunan: "4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməlidir" – İlham Əliyev 

82224

“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı mina problemi ilə üzləşib. Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməlidir”.  

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığında bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişel Azərbaycan Prezidentinə zəng etdi


Prezident İlham Əliyev həmçinin Ş.Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu da ifadə edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO