İşçi qrupuna Ermənistandan Qriqoryan başçılıq edəcək

İşçi qrupuna Ermənistandan Qriqoryan başçılıq edəcək

Hazırda oxunan: İşçi qrupuna Ermənistandan Qriqoryan başçılıq edəcək

8217

Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağ məsələləri üzrə yaradılan üçtərəfli işçi qrupuna erməni tərəfdən baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Bizim.Media xəbər verir ki, bu Qriqoryanın ofisi məlumat yayıb.

Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra bu vəzifəyə təyin edilən Qriqoryan, əsasən Rusiya ilə iqtisadi əməkdaşlığa, xüsusilə qazın qiyməti ilə bağlı danışıqların aparılmasına, Avrasiya İttifaqı üzrə məsələlərə məsul şəxsdir.

Bundan əlavə, Qriqoryan maliyyə sisteminin inkişafına da nəzarət edir.

Rəsmi Moskva tərəfindən isə qrup liderinin isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ola bilcəyi ehtimal edilir.

Xatırladaq ki, Dağlıq Qarabağın inkişafı ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvadakı danışıqların yekunu üzrə qəbul etdikləri birgə bəyanatda nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO