İndoneziyadan Azərbaycana diri heyvan idxalı məhdudlaşdırıldı - SƏBƏB

İndoneziyadan Azərbaycana diri heyvan idxalı məhdudlaşdırıldı - SƏBƏB

Hazırda oxunan: İndoneziyadan Azərbaycana diri heyvan idxalı məhdudlaşdırıldı - SƏBƏB

82165

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu dabaq xəstəliyindən qorunması məqsədilə İndoneziyanın bəzi əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qida Təhlükəsizliyi Agentliyi yayıb.

Mənbə qeyd edir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu ölkədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziyanın Nusa-Tenqara-Barat, Banka-Belitunq, Banten, Kalimantan-Tenqah, Lampunq, Kalimantan-Barat, Kalimantan-Selatan, Benqkulu, Cava-Barat, Cava-Tenqah, Sumatera-Selatan, Cakarta-Raya, Sumatera-Utara, Cambi, Riau, Sumatera-Barat və Yoqyakarta əyalətlərində dabaq xəstəliyi qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO