Türk Dövlətləri Təşkilatının rəsmiləri CIDIR DÜZÜNDƏ - FOTO

Türk Dövlətləri Təşkilatının rəsmiləri CIDIR DÜZÜNDƏ - FOTO

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının rəsmiləri CIDIR DÜZÜNDƏ - FOTO

82097

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşaya səfər edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçiləri ölkələrin beyin mərkəzlərinin nümayəndələri şəhərə gedən yolda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə baxıblar.

Bizim.Media xəbər verir ki, Şuşanın görməli yerlərini ziyarət edən qonaqlar şəhərin qala divarlarını ziyarət ediblər.

Mərkəzi meydanda səfər iştirakçılarına Xurşidbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən gülllələnmiş heykəlləri, tarix və mədəniyyət abidələrimizin dağıdılması barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzünə baş çəkiblər. Diqqətə çatdırılıb ki, igid döyüşçülərimiz qayalarla bura dırmaşaraq Şuşanı işğaldan azad ediblər. İşğaldan əvvəl olduğu kimi, bu gün də şəhərdə yenə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO