"Jony" əmisinin "Sən şamsan əgər" mahnısını oxuyub, "Evdə məni öldürəcək" dedi - VİDEO

Hazırda oxunan: "Jony" əmisinin "Sən şamsan əgər" mahnısını oxuyub, "Evdə məni öldürəcək" dedi - VİDEO

82023

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur azərbaycanlı pop ulduzu "Jony" Cahid Hüseynli "Sea Breeze Summer Live" çərçivəsində canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, sənətçi səhnədən əmisi, məşhur musiqiçi Xanhüseyn Hüseynovu salamlayaraq, onunla bağlı xatirələrini dilə gətirib.

MÖVZU İLƏ BAĞLI:

"Jony"nin Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO


"Xan əmim atamın böyük qardaşıdır. O da musiqiçidir. İllər əvvəl o, Azərbaycanda hit-paradları öz mahnıları ilə partladırdı. Bəlkə siz bu mahnını çox eşitmisiniz (red. "O qara gözlərinin gəmzəsi yandırdı məni). Daha bir mahnı var və bu nəğməni çox sevirəm (red. "Sən şamsan əgər). Bəli, əgər siz bu mahnını eşitməmisinizsə, bu mahnını sizin üçün oxumaq istəyirəm. Xan əmi, bilirəm ki, burdasan. Konsertimə xoş gəlmisən. Səni çox istəyirəm. Mahnıların mənə ilham verir. Səsinə və ruhuna görə çox sağol. Bu mahnını burada oxumaq üçün hazırlamışam.

Təyyarədə uçanda bu nəğməni rus dilində tərcümə etmişəm"- deyə, o, "Sən şamsan əgər" mahnısını səsləndirməzdən əvvəl deyib.

İfasını bitirdikdən sonra pop ulduz "Əmim evdə məni öldürəcək" deyə tamaşaçıları güldürüb.

Rəşad Əliyev, Bizim.Media

 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO