Axtarışda olan 63 nəfər saxlanıldı

Axtarışda olan 63 nəfər saxlanıldı

Hazırda oxunan: Axtarışda olan 63 nəfər saxlanıldı

81794

İyunun 30-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 15-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.     

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO