\

\"Direktorlar var ki, müqavilədə maaşı 300 manatdan aşağı göstərilir\" - Dövlət Vergi Xidməti  

Hazırda oxunan: \"Direktorlar var ki, müqavilədə maaşı 300 manatdan aşağı göstərilir\" - Dövlət Vergi Xidməti  

81731

"Bu gün bağlanan əmək müqavilələrinin 40 faizi minimum əmək haqqı ilə bağlıdır".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə nazirliyin təşkil etdiyi təlimdə deyib.  

O, əslində əmək müqaviləsində qeyd olunan rəqəmlərin real gəlirlər olmadığını bildirib:

"Məsələn, işəgötürən əmək müqaviləsində 250 manat göstərir, amma işəgötürənin bəyannamədəki gəliri və real maaşı daha çoxdur. Bu gün 16 mindən çox aktiv müqavilə sayı var ki, orada əməkhaqqı ilə bağlı rəqəm 300 manatdan aşağıdır:

"Amma bilirik ki, bu gün 300 manatdan aşağı əmək haqqı alan yoxdur. Reallıqda işəgötürən işçiyə 500-1000 manat əməkhaqqı verir.  
Məktəb direktorları var ki, əmək haqqı 300 manatdan aşağı göstərilir. Bu tip hallarla bağlı müəssisəyə bildiriş göndəririk və qanunvericilik çərçivəsində nəzarət tədbirləri həyata keçirilir".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO