İlham Əliyev Putin və Rəisi ilə nəyi müzakirə edib? - ŞƏRH

İlham Əliyev Putin və Rəisi ilə nəyi müzakirə edib? - ŞƏRH

Hazırda oxunan: İlham Əliyev Putin və Rəisi ilə nəyi müzakirə edib? - ŞƏRH

81673

“Bu görüşlərdə ilk növbədə ikitərəfli münasibətlər müzakirə predmeti olub”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Aşqabadda Xəzəryanı dövlətlərin Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi ilə baş tutan görüşlərini şərh edərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir" - FOTO/VİDEO


“Rusiya və İran Azərbaycanın yaxın qonşularıdır. Azərbaycan həmişə bütün ölkələr, ilk növbədə də qonşularla yaxşı münasibətlərə xüsusi önəm verib. Bu regionda stabilliyin bərqərar olmasında, qlobal problemlərin həllində birgə səylərin göstərilməsi yolunda vacib məsələdir.

Hesab edirəm ki, Azərbaycan Prezidentinin həm Rusiya Prezidenti, həm də İran Prezidentilə ayrı-ayrılıqda görüşündə ilk növbədə ikitərəfli münasibətlər müzakirə edilib. Əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq, regionda qeyri-stabilliyin yaranmasına yol verməmək üçün birgə səylərin göstərilməsi vacib məqamlardır. Heç də təsadüfi deyil ki, görüşdə Putin yaxınlarda Rusiyanın hökumət başçısı və parlament sədrinin Azərbaycana səfər edəcəyini bildirib”. 

İran prezidentilə görüşdə də həmsöhbətimizə görə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə predmeti olub: 

“İranla münasibətlər də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, İran Prezidentilə görüşdə də ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə edilib. Azərbaycanın yaxın qonşularla yaxşı münasibət saxlaması hər zaman bütün ölkələrə, o cümlədən regiona fayda verib. 

Təəssüf ki, arada İranla müəyyən gərginliklər yaşanır. Amma bununla belə, son dövrün informasiya axını göstərir ki, hər hansı bir gərginlik yoxdur.

Tərəflər narahatlıq doğuran məsələlərin həlli yolunu hər zaman birgə müzakirələr zamanı tapa bilirlər. Tək Prezidentlər səviyyəsində deyil, eyni zamanda müxtəlif səlahiyyət sahibləri də tez-tez görüşür. Qarşılıqlı səfərlər təşkil, birgə layihələr müzakirə edilir. Yəni Azərbaycanla İran həmişə bir-birilə birgə maraq doğuran məsələlərin həllini tapa bilir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO