“Şahdəniz”də qaz hasilatı artıb

“Şahdəniz”də qaz hasilatı artıb

Hazırda oxunan: “Şahdəniz”də qaz hasilatı artıb

81655

Bu gün “Şahdəniz-2” layihəsi (Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanılmasından 4 il ötür.

Bizim.Media xəbər verir ki, bu barədə indormasiyanı SOCAR yayıb.

Mənbə qeyd edir ki, 2017-2021-ci illər arasında “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123%, cari ilin ilk 5 ayında isə 26,2% artıb.

APA.az xatırladır ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. 

Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO