İlham Əliyevin Aşqabad səfəri – Prezidentin çıxışından 7 MÜHÜM MESAJ

İlham Əliyevin Aşqabad səfəri – Prezidentin çıxışından 7 MÜHÜM MESAJ

Hazırda oxunan: İlham Əliyevin Aşqabad səfəri – Prezidentin çıxışından 7 MÜHÜM MESAJ

81631

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, Dövlət başçısı bir sıra ölkə rəsmiləri, o cümlədən Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov, hazırki prezident Sərdar Berdiməhəmmədov, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi ilə görüşlər keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Xəzəryanı ölkələrin VI Zirvə Toplantısında iştirak etdi - FOTO / YENİLƏNİB


Bundan əlavə, İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edərək, bir sıra mühüm məsələlərlə bağlı fikirlərini çatdırıb.

Prezidentin çıxışları bir sıra mühüm mesajlarla yadda qalıb:

1. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

2. Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. 

3. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır.

4. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. 

5. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

6. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.


7. Nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO