Efirdən qovulan Afşinin meneceri danışdı:

Efirdən qovulan Afşinin meneceri danışdı: "Zaur bizə qarşı hörmətsizlik etdi" - VİDEO

Hazırda oxunan: Efirdən qovulan Afşinin meneceri danışdı: "Zaur bizə qarşı hörmətsizlik etdi" - VİDEO

81608

"Bu hadisə bizim üçün gözlənilməz oldu. Özünüzdə canlı efirdən izləyib gördünüz ki, Afşin bəy Zaurdan belə bir sözləri gözləmirdi. Bizə qarşı Zaur hörmətsizlik etdi".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində "Həmin Zaur" axşam şousu zamanı verilişin aparıcısı Zaur Kamal tərəfindən qovulan Cənubi Azərbaycanlı müğənni Afşin Azerinin meneceri Elman İbrahimli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO


Canlı efirdə baş verən qalmaqallı olaydan söz açan ifaçının meneceri bu məsələnin anlaşılmazlıq kimi qələmə verib.

"Kulis arxasında aralarında söhbət olmuşdur. Mən bunu bir anlaşılmazlıq kimi başa düşürəm. Ola bilər ki, Afşinin dediyini Zaur düzgün başa düşməyib vəya əksinə. Çünki dillərimizdə ləhçə məsələləri var. Zaur gərək bu məsələni efirə yansıtmayaydı. Bir-iki günə Afşinlə Zaur bir araya gəlib, bu məsələni öz aralarında çözəllər".

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO