Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı 

Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı 

Hazırda oxunan: Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı 

81561

İyunun 12-də Bakı-Şamaxı yolunda baş verən qəzada ağır yaralanan VI sinif şagirdi Elnur Qasımov sağlamlığına qovuşub.  

Bizim.Media xəbər verir ki, E.Qasımov bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı və kəllə-beyin travması diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicəyə cəlb edilmişdi.

Aldığı travma səbəbindən onun müalicəsi üçün TƏBİB-in digər tabeli müəssisəsi olan Uşaq Nevroloji Xəstəxanasından həkim-mütəxəssislə konsilium aparılaraq əməliyyatına qərar verilmişdi.  

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımovun nəzarəti altında həkim-travmatoloq Elşən Məhərrəmov tərəfindən icra edilən əməliyyat uğurla nəticələnib. 1

6 gündür müalicə alan E.Qasımov bu gün xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO