Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, Bakıda bəzi parklarda ödənişsiz “Wi-Fi” xidmətinin keyfiyyətinin yoxlanılması məqsədilə 2 həftə ərzində müxtəlif günlərdə və saatlarda monitorinq işləri həyata keçirilib.
“İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək ərazilər bunlardır:
“Qış parkı”
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
“Sabir bağı”
“Xaqani” bağı
“Axundov bağı”
“Zabitlər” parkı
“Hüseyn Cavid” parkı
“İzmir” parkı
“Sahil bağı”
“Səməd Vurğun” bağı
“Muğan” bağı,
“Fashion Avenue” keçəsinin ərazisi
“Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzal Kompleksinin perronu.
A. Mustafayeva həmçinin əlavə edib ki, 3 ərazidə “ictimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bu ünvanlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 29.06.2022
Bakıda “ictimai Wi-Fi” xidməti dayandırılır – Bu ərazilərdə
Hazırda oxunan: Bakıda “ictimai Wi-Fi” xidməti dayandırılır – Bu ərazilərdə
Hazırda oxunan: Bakıda “ictimai Wi-Fi” xidməti dayandırılır – Bu ərazilərdə
81509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.