Gəncə sakininin evindən silah-sursat tapıldı

Gəncə sakininin evindən silah-sursat tapıldı

Hazırda oxunan: Gəncə sakininin evindən silah-sursat tapıldı

81463

Gəncə sakinində silah-sursat aşkarlanıb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılıb.  

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-likpatron, 2 ədəd pulemyot patronu və 2 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.  
Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO