Kosmosda intim əlaqə mümkündürmü? – Risk dərəcəsi HESABLANIR - VİDEO

Kosmosda intim əlaqə mümkündürmü? – Risk dərəcəsi HESABLANIR - VİDEO

Hazırda oxunan: Kosmosda intim əlaqə mümkündürmü? – Risk dərəcəsi HESABLANIR - VİDEO

81384

Çoxları üçün kosmosda seks düşüncəsi həyəcanverici görünür. Çünki cazibə qüvvəsi olmadıqda, siz Yerdə olmayan hər şeyi edə bilərsiniz. Amma kosmosda intim münasibətdə olmaq heç də asan məsələ deyil. Çünki, cazibə qüvvəsinin olmaması səbəbindən insanların kosmosda bir-birindən yapışması çətinləşir və onlar daim bir-birlərindən ayrılırlar. 

Kosmosa uçün ilk xoşbəxt cütlük kimlər olub?

Kosmosa bir neçə dəfə kişi və qadınlardan ibarət qarışıq bir komanda göndərilib. Və hər belə uçuşdan sonra intim əlaqənin mümkünlüyü barədə söhbətlər yaranıb. Məsələn, 1982-ci ilin avqustunda “Salyut-7” kosmik gəmisində dörd kosmonavt uçdu. Kosmonavtlardan biri qadın, digər üçü isə əks cinsin nümayəndələri idi. Svetlana Savitskayanın 3 kişi ilə uzunmüddət kosmosda olmasından sonra müxtəlif söhbətlər yayıldı. Lakin SSRİ höküməti missiya zamanı cinsi əlaqə ilə bağlı ehtimalları dəfələrlə təkzib etdi.

Bununla bağlı daha bir maraqlı fakt ABŞ-da baş verib. Beləki, amerikalı astronavtlar Mark Li və Jan Devidson NASA-nın qadağasına baxmayaraq kosmosa birlikdə uçan ilk rəsmi cütlük olublar. Onlar məşq zamanı tanış olublar və Endeavourda uçuşdan qısa müddət əvvəl gizli şəkildə evləniblər. Uçuş zamanı isə bunu heç kim sezməyib. Beləcə, kosmosa qalxan ilk cütlük kimi Li və Davison tarixə düşüblər. Amma onların kosmosda cinsi əlaqədə olması barədə heç bir məlumat yoxdur. Cütlük ayrı-ayrı 12 saatlıq növbələrdə işləyiblər və digər beş ekipaj üzvü ilə birlikdə kiçik bir servisi paylaşıblar.

Kosmosda ilk öpüş

Kosmosda seksin mümkünlüyünü yoxlamaq cəhdləri çox olub. Məsələn, 13 sentyabr 2008-ci il tarixdə “The History Channel” tərəfindən təşkil edilən uçuş zamanı intim münasibətlər mümkün olub. ABŞ vətəndaşları Vanna Bonta və əri ilə kosmosda öpüşüblər. Lakin, cütlük bundan o yana gedə bilməyib.

Kosmosda intim əlaqə mümkündürmü?

Kosmosda seks, insanın cinsi aktının çəkisiz bir mühitdə baş verməsi deməkdir. Nyutonun üçüncü qanununa görə kosmosda intim əlaqadə olmaq çox çətindir. Qanuna görə, cütlük bir-birinə bağlıdırsa, onların hərəkətləri bir-birinin əksinə olacaq. Çütlük bir-birinə bağlı deyilsə digər obyektlər onlara təsir etmədikcə onların sürəti dəyişməyəcək. Nəticədə, yaxınlaşma və uzun müddət bir yerdə olmaq mümkün deyil.
 

Kosmos təkcə cazibə qüvvəsinin olmaması səbəbindən deyil, həm də həyat üçün risqlidir. Yarım il həyatlarını ISS-də keçirən astronavtlar Yerdə bir il yaşayan insanlardan təxminən 40 dəfə çox radiasiya qəbul edir.


Belə olan şəraitdə İlon Maskın xəyalları gerçəkləşərsə və bəşəriyyət Marsı koloniya edərsə onda səyyahlar güclü radiasiyaya hazır olmalıdırlar. Çünki, kosmosda bir günlük radiasiya yer üzərində qəbul edilən bir illik radiasiyanın 15 mislinə bərabərdir.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO