Uçma təhlükəsində olan 100 illik abidə dövlət reyestrinə SALINACAQ – Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

Uçma təhlükəsində olan 100 illik abidə dövlət reyestrinə SALINACAQ – Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

Hazırda oxunan: Uçma təhlükəsində olan 100 illik abidə dövlət reyestrinə SALINACAQ – Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

81372

100 illik tarixi olan və memarlıq baxımdan tikilən abidə uçma təhlükəsindədir. Söhbət paytaxtın qədim qəsəbəsi Zığın mərkəzində yerləşən XIX əsrin memarlıq abidəsi olan Hacı Əmiraslan hamamından gedir. Hamamın günbəzi bir neçə yerdən deşilib, içərisi isə zibillə dolub.

Üstü 2 günbəzdən ibarət olan hamam vaxtilə Hacı Əmiraslan adlı şəxs tərəfindən inşa edilib və uzun müddət istifadə olunub. 

Hazırda hamama giriş yalnız sakinlərin həyətindən mümkündür. Qəsəbə sakinləri artıq neçə illərdir ki, hamamı öz həyətlərinə salıblar. Yaşı qədimlərə söykənən memarlıq abidəsinin taleyi ilə isə maraqlanan tapılmır. 

Bizim.Media məsələni bir müddət əvvəl də ictimailəşdirmişdi. Zığ bələdiyyə sədri Emil Quliyev saytımıza açıqlamasında sözügedən hamamın restavrasiya və bərpa məsələsinin Mədəniyyət Nazirliyinin səlahiyyətində olduğunu açıqlamışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Aleksandr Dümanın Qubada çimdiyi HAMAM – Qapılarına kim qıfıl vurub? - FOTO


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya bildirib ki, Zığ qəsəbəsində yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə edilən daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil:

“Eyni zamanda həmin tarixi tikili hazırki reyestrin yenilənməsi məqsədi ilə keçirilən monitorinqlər nəticəsində müəyyən olunmuş tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin yer aldığı yeni aşkar edilmiş abidlərin siyahısında da mövcud deyil”.
 

Fariz Hüseynli əlavə edib ki, qeyd olunan məsələ ilə bağlı artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Dövlət Xidmətinə məlumat daxil olub. Həmin hamamın yeni aşkar edilmiş abidələrin siyahısına daxil edilməsi məsələsi nəzərdən keçiriləcək.


Tarixi əsrlərə gedib çıxan hamamla bağlı rəvayətlər də var. Söyləntilərə görə qəsəbə sakinləri vaxtilə hamamın üstündə ucaldılan qırmızı və göy rəngdə bayraqlarla hansı günün kişilərə, hansı günün isə qadınlara aid edildiyini bilərdilər. Hamamın üstündə qırmızı rəngli bayraq sancılanda qadınlar, göy bayraq sancılanda isə kişilər gedə bilərdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO