Bu gün NATO-nun sammiti başlayır

Bu gün NATO-nun sammiti başlayır

Hazırda oxunan: Bu gün NATO-nun sammiti başlayır

81251

Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun iki günlük sammiti öz işinə başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, sammitdə NATO-ya üzv ölkələrin, həmçinin əsas tərəfdaş ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər. 

Qeyd olunub ki, sammit çərçivəsində Rusiyanın Ukraynadakı müharibəsi və Avropada yeni təhlükəsizlik reallığının NATO-nun yayındırma və müdafiə siyasətinə təsirləri, həmçinin Çinin böyüyən nüfuzu, iqlim dəyişikliyi kimi məsələlərin təhlükəsizliyə təsirləri də daxil olmaqla müxtəlif çağırışlara alyansın yanaşması müzakirə ediləcək. 

2022 NATO Sammiti çərçivəsində alyansın dəyərlərini, məqsədini və tapşırıqlarını əks etdirən 2022 NATO Strateji Konsepsiyası qəbul ediləcək. 

Madrid sammiti iyunun 30-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO