Kremençuka raket zərbəsi: 40 nəfər İTKİN DÜŞÜB – 14 ölü, 59 yaralı var 

Kremençuka raket zərbəsi: 40 nəfər İTKİN DÜŞÜB – 14 ölü, 59 yaralı var 

Hazırda oxunan: Kremençuka raket zərbəsi: 40 nəfər İTKİN DÜŞÜB – 14 ölü, 59 yaralı var 

81243

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə rus ordusu tərəfindən endirilən raketdən sonra qohumlarının itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına 40-dan artıq müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Ofisi rəsmi saytı məlumat yayıb. Bildirilib ki, indi xilasedicilər ticarət mərkəzinin qalıqlarını sökməyə davam edirlər. Yanğın səbəbindən iş çətinləşib, onun qarşısını almaq üçün tədbirlər görülür. 

Məlumatda qeyd edilir ki, hazırda 14 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı müəyyən edilib. Xəsarət alanların yarısının vəziyyəti ağırdır.

Qeyd edək ki, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO