Prezidentin xüsusi nümayəndəsi: “Şuşada beşulduzlu otel tikilir” - FOTO

Prezidentin xüsusi nümayəndəsi: “Şuşada beşulduzlu otel tikilir” - FOTO

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: “Şuşada beşulduzlu otel tikilir” - FOTO

81234

"Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur".

Bizim.Media xəbər verir ki, bunu Polşanın Katovitse şəhərində jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb.

Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək, bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir və yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq”. Report.az onun dediklərindən sitat gətirib.

O, Şuşada beşulduzlu otelin tikintisinin sürətlə davam etdiyini, yeni otellərin də tikiləcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO